Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün X tura start veriləcək.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
İki xalla sonuncu - 10-cu pillədə qərarlaşan "Şamaxı" 15 xalla beşinci olan "Qəbələ"ni qəbul edəcək.
Komandalar indiyədək ölkə çempionatlarında 56 dəfə üz-üzə gəliblər. Bunların 19-da meydan sahibləri, 18-də qonaqlar qələbə qazanıb. 19 görüşdə isə heç-heçə qeydə alınıb. Topların nisbətində də Şamaxı təmsilçisi öndədir - 73:61. "Qəbələ" rəqibinə qarşı Premyer Liqadakı son 8 matçda meydanı qolsuz tərk etməyib. Ardıcıl iki məğlubiyyət alan meydan sahibləri son 5 qarşılaşmada qələbə qazanmayıb.
Azərbaycan Premyer Liqası, X tur
14 oktyabr (cümə)
15:00. “Şamaxı” – “Qəbələ”
Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Cavanşir Yusifov, Fərid Hacıyev
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Feyzulla Feyzullayev
Şamaxı şəhər stadionu
Qeyd edək ki, X turun "Turan Tovuz" - "Səbail", "Sabah" - "Zirə" oyunları oktyabrın 15-də, "Kəpəz" - "Neftçi" və "Qarabağ" - "Sumqayıt" görüşü isə oktyabrın 16-da olacaq.