Boks üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, İlham Əliyev adına Naxçıvan Olimpiya İdman Kompleksində “18 oktyabr-Dövlət Müstəqilliyi günü” münasibətilə yeniyetmə və gənclər arasında boks üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Boks Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən açıq birincilikdə Naxçıvan şəhərinin idmançıları ilə yanaşı Babək, Ordubad, Culfa və Şərur rayonlarının idmançıları da öz güclərini sınayıblar. Beynəlxalq Boks Federasiyasının qaydalarına uyğun keçirilən birincilikdə 31 çəki dərəcəsində 80-ə yaxın dəri əlcək sahibi iştirak edib.

Gərgin mübarizə şəraitində keçən döyüşdə qalib gələnlərin sırasında bütün komandaların üzvlərindən qaliblər olsa da, daha çox Naxçıvan şəhərinin idmançıları adlarını birinci yerə yazdıra biliblər.

Sonda hər çəki dərəcəsində yer tutan idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: