“Aimchess Rapid”: Şəhriyar Məmmədyarov Maqnus Karlseni məğlub edib

A- A A+

Azərbaycan qrosmeysteri Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” onlayn şahmat seriyasının səkkizinci mərhələsinə qələbə ilə başlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Aimchess Rapid” adlanan mərhələ yarışının birinci turunda şahmatçımız hazırkı dünya çempionu norveçli Maqnus Karlsen üzərində qələbə qazanıb, ikinci turda isə polşalı Yan Kşiştov Dudaya məğlub olub.

Qeyd edək ki, ümumi mükafat fondu 150 min dollar olan turnirin qrup oyunlarından sonra ilk səkkiz yeri tutmuş şahmatçı pley-offa vəsiqə qazanacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: