“Aimchess Rapid”: Şəhriyar Məmmədyarov ikinci yerə yüksəlib

A- A A+

Azərbaycan qrosmeysteri Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” onlayn şahmat seriyasının səkkizinci mərhələsində daha dörd oyun keçirib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Aimchess Rapid” adlanan mərhələ yarışının beşinci turunda şahmatçımız Almaniya təmsilçisi Vinsent Keymerə məğlub olsa da, sonrakı üç turda hindistanlı Aditya Mittal, macar Riçard Rapport, ispaniyalı David Anton Guijarro üzərində qələbə qazanıb. Aktivində 16 xal olan Ş.Məmmədyarov ikinci yerə yüksəlib.

Qeyd edək ki, ümumi mükafat fondu 150 min dollar olan turnirin qrup oyunlarından sonra ilk səkkiz yeri tutmuş şahmatçı pley-offa vəsiqə qazanacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: