UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz-Naxçıvan” futzal klubu turnirə hazırlıq məqsədilə iki yoldaşlıq oyunu keçirəcək.
NUHÇIXAN İnformasiya Agentliyi Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, Azərbaycan çempionu Qazaxıstanın “Kayrat” klubu ilə qarşılaşacaq.
Oyunlar oktyabrın 21-də və 22-də baş tutacaq.
Bu səbəbdən ölkə çempionunun Yüksək Liqanın dördüncü turunda “Neftçi” ilə keçirəcəyi oyun qeyri-müəyyən vaxta təxirə salınıb.