UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan” futzal klubunun yer aldığı beşinci qrupun oyunlarına hakim təyinatları açıqlanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, oyunları Çaix Viktor (Fransa), Jan Kresta (Çexiya), Lukas Peska (Slovakiya) və David Abtequya Urdanoz (İspaniya) idarə edəcəklər.
Matçların hakim-inspektoru Boqdan Soresku (Rumıniya), UEFA nümayəndəsi isə ispaniyalı Viktor Beceyro olacaqlar.
Bu qrupun oyunları oktyabrın 26-dan 29-dək Bosniya və Herseqovinanın Mostar şəhərindəki Mithad Hujdur Hujka Arenada keçiriləcək. Yalnız qrup qalibi elit-raunda yüksələcək.
Oktyabrın 26-da “Araz-Naxçıvan” “Orebro” (İsveç), ertəsi gün “Loznika Qrad” (Serbiya), ayın 29-da isə “Mostar” (Bosniya və Herseqovina) ilə qarşılaşacaq.