Azərbaycan Avropa çempionatında qadın boksçuların mübarizəsində də təmsil olunacaq

A- A A+

Yeniyetmə boksçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. Oktyabrın 8-dən 17-dək Rusiyanın Anapa şəhərində keçiriləcək Avropa birinciliyində ölkəmiz 7 deyil, 8 idmançı ilə təmsil olunacaq.

Azərbaycan Boks Federasiyasından NUHÇIXAN-a bildiriblər ki, milli komandamız oğlanların yarışı ilə yanaşı, qızların da mübarizəsində çıxış edəcək. Komandamızın heyətinə Zeynəb Rəhimova (57 kq) əlavə olunub. Boksçumuz yarışa baş məşqçi Elbrus Rzayevin rəhbərliyi ilə qatılacaq.

Oğlanlardan ibarət yığmamızın baş məşqçisi Vaqif Kazımov qitə çempionatında Əli Zamanov (48 kq), Əzrək Bəbirov (54 kq), Eldar Babayev (60 kq), Elmir Novruzov (63 kq), Mehman Quliyev (70 kq), Murad Allahverdiyev (80 kq) və Əhməd Əhmədova (+80 kq) şans verəcək.

Boksçularımız oktyabrın 8-də gecə saatlarında Anapa şəhərinə yola düşəcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: