Rumıniyada şahmat üzrə Qran-Pri turniri davam edir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turnirin üçüncü turunda şahmatçılarımızdan Ülvi Sadıqov rumıniyalı Mihaela Sandunu məğlub edib, Misrətdin İsgəndərov isə litvalı Titas Stremavicius ilə heç-heçə edib.
Ötən üç turun nəticəsinə görə, məğlubiyyətsiz irəliləyən M.İsgəndərov 2,5 xalla turnir cədvəlinin 4-cü, Ü.Sadıqov isə 2 xalla 9-cu pillələrində qərarlaşıblar.
Bu gün təmsilçilərimiz yarışın dördüncü turunda mübarizə aparacaqlar.
Qeyd edək ki, doqquz turdan ibarət olacaq yarış oktyabrın 23-dək davam edəcək.