“Araz-Naxçıvan” bu gün “Qəbələ-2”ni sınağa çəkəcək - FOTOLAR
Futbol üzrə Azərbaycan I Divizionunun VIII turunda “Araz-Naxçıvan” bu gün “Qəbələ-2”nin qonağı olacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qarşılaşma Qəbələ Şəhər Stadionunun ehtiyat meydançasında saat 14:30-da start götürəcək. Oyunun baş hakimi Rövşən Rəcəbovdur.
Çempionatın ötən 7 turunda ancaq qələbə qazanan Naxçıvan təmsilçisi uğurlu seriyasını davam etdirməyi qarşısına əsas hədəf kimi qoyub.
Qəbələnin eyniadlı komandası isə qələbə qazanaraq turnir cədvəlində irəliləmək niyyətindədir. Hazırda çempionatda “Araz-Naxçıvan” 1-ci, “Qəbələ-2” isə 8-ci yerdə qərarlaşıb.