Culfada Yeni Azərbaycan Partiyasının gənc üzvləri ilə görüş keçirilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Culfa rayonunda Yeni Azərbaycan Partiyasının gənc üzvləri ilə görüş keçirilib.

Görüşdə Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının sədri Qadir İbrahimov gənclərlə bu cür görüşlərin əhəmiyyətindən danışıb. Qeyd edib ki, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı yarandığı ilk gündən onun fəaliyyətində gənclərin böyük rolu olub. Hazırda rayon təşkilatı 51 ərazi partiya təşkilatını özündə birləşdirir. Təşkilatın 5 min 800-dən çox üzvü var ki, onlardan 1655 nəfərini gənclər təşkil edir.

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin sədri Arzu Qasımov birliyin yeni formalaşmış heyəti, fəaliyyət istiqamətləri, o cümlədən həyata keçirəcəyi tədbir və layihələr, gənclərin könüllü fəaliyyəti üçün yaradılan şərait barədə məlumat verib. Qeyd olunub ki, muxtar respublika gənclərinin bilikli, dünyagörüşlü, müasir yeniliklərə bələd, o cümlədən milli-mənəvi dəyərlərimizə bağlı, vətənpərvər ruhda yetişməsi Gənclər Birliyinin əsas fəaliyyət istiqamətlərindən biridir. Birlik gənclərlə işi və onların sağlam vətəndaş kimi formalaşmasını, ulu öndərin siyasi xəttinə sədaqət ruhunda tərbiyəsini diqqətdə saxlayır, bu istiqamətdə davamlı tədbirlər və layihələr icra olunur. Təşkilat üzvlərinin 23 min 285 nəfərini gənclərin təşkil etdiyini diqqətə çatdıran Arzu Qasımov gənclərin öz potensialları ilə birliyin işinə mühüm töhfə verdiklərini bilidirib.

Görüşdə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin sədr müavini Elvin Əliyevin və rayon gənclərinin fikirləri dinlənilib.

Diskussiya formatında davam edən görüşdə gəncləri maraqlandıran suallar cavablandırılıb, onların təklif və ideyaları ətrafında fikir mübadiləsi aparılıb.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: