Şəhriyar Məmmədyarov “Aimchess Rapid” turnirinin final mərhələsinə vəsiqə qazanıb

A- A A+

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirinin final mərhələsinə yüksəlib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qrosmeyster yarımfinalda Riçard Rapportla (Macarıstan) üz-üzə gəlib. Rəqibini 3,5:2,5 hesabı ilə məğlub edən Ş.Məmmədyarov finala çıxıb.

Şahmatçımız həlledici mərhələdə norveçli dünya çempionu Maqnus Karlseni 3:1 hesabı ilə məğlub edən polşalı Yan Kşiştof-Duda ilə qarşılaşacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: