“Araz-Naxçıvan” Çempionlar Liqası üçün ilkin heyəti UEFA-ya göndərib

A- A A+

Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan” ilkin heyəti UEFA-ya göndərib.

Azərbaycan Futzal Federasiyasından NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, 19 nəfərlik heyətdə 3 qapıçı yer alıb.

Cəzalı olduğuna görə bu mərhələdə iştirak etməyəcək Felipinyonun adı da iştirak ərizəsinə daxil edilib. Komanda elit-raunda yüksələcəyi təqdirdə futzalçı komandasına sonuncu görüşdə kömək edə biləcək.

Qapıçılar: 12. Mikael Deon, 1. Emin Kürdov, 19. Cavad Məmmədov

Oyunçular: 2. Kənan Manafov, 3. Nurlan Mehdizadə, 5. Pedro Torres, 6. Ponçe, 7. Ramiz Çovdarov, 8. David Qustavo, 9. Oktay Rüstəmli, 10. Andreu Varqas, 13. Viktor Hüqo “Vitao”, 14. Xəzər Ağalızadə, 15. Viktor Pires “Vitinyo”, 16. Murad Quluzadə, 18. Fərid Ələkbərov, 20. Snesio, 21. Lukas Matheus “Katatau”, 22. Felipinyo

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: