Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi yarımfinala yüksəlib

A- A A+

Azərbaycanın qadın güləşçisi Nigar Mirzəzadə İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında yarımfinala yüksəlib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, 65 kq çəki dərəcəsində çıxış edən idmançı ardıcıl olaraq Nerea Blanko (İspaniya) və Dariqa Abenə (Qazaxıstan) qalib gəlib.

53 kq-dakı Gültəkin Şirinova 1/8 final mərhələsində Zeynep Yetgilə (Türkiyə), 62 kq-da yarışan Birgül Soltanova təsnifatda Astirid Xirinosa (Venesuela) uduzub.

50 kq-da mübarizə aparan Şəhanə Nəzərova isə təsəlliverici qarşılaşmada Sarra Hamdiyə (Tunis) yenilib.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq) və Nihat Məmmədli (60 kq) gümüş, Qurban Qurbanov (72 kq) isə qızıl medal qazanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: