“Qızıl top” mükafatına bütün namizədlərin adları açıqlanıb

A- A A+

FIFA və “France Football” jurnalı 2018-ci ilin ən yaxşı futbolçusuna veriləcək “Qızıl top” mükafatına namizədlərin adlarını açıqlayıb. NUHÇIXAN xəbər verir ki, ilk beşlikdə Serxio Aqüero (“Mançester Siti”), Qaret Beyl (“Real Madrid”), Kərim Benzema (“Real Madrid”), Alisson Bekker (“Liverpul”) və Edinson Kavani (PSG) yer almışdılar. Bu saatlarda FIFA və “France Football” jurnalı digər futbolçuların da adlarını açıqlayıb. Digər namizədlər bunlardır: Tibo Kurtua ("Real Madrid"), Kriştianu Ronaldu ("Yuventus"), Kevin De Bruyne ("Mançester Siti"), Roberto Firmino ("Liverpul"), Dieqo Qodin ("Atletiko"), Antuan Qrizmann ("Atletiko Madrid"), İsko Alarkon ("Real Madrid"), Eden Azar ("Çelsi"), Harri Keyn ("Tottenhem") və Nqolo Kante ("Çelsi"), Uqo Lyoris ("Tottenhem"), Mario Mancukiç ("Yuventus"), Sadio Mane ("Liverpul"), Marselo ("Real Madrid"), Kilian Mbappe (PSG). Təqdimetmə mərasimində, həmçinin FİFA ilk dəfə olaraq ən yaxşı gənc oyunçuya və ən yaxşı qadın futbolçuya da mükafatlar təqdim edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: