Parataekvondoçularımız Qran-Pri turnirində üç medal qazanıblar

A- A A+

İngiltərənin Mançester şəhərində parataekvondo üzrə Qran-pri turniri keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yarışa dörd idmançı ilə yollanan Azərbaycan millisi üç medal qazanıb. Belə ki, Fərid Tağızadənin rəhbərlik etdiyi yığmanın heyətində İmaməddin Xəlilov (K44, 70 kq) ikinci yeri tutub. Sabir Zeynalov (K44, 58 kq) və Əbülfəz Abuzərli (K44, 80 kq) isə Qran-Prini bürünc medalla başa vurublar.

Qeyd edək ki, bu gün Mançesterdə taekvondoçuların mübarizəsinə start veriləcək. Üç gün davam edəcək yarışda ölkəmizi baş məşqçi Reza Mehmandostun rəhbərliyi ilə Qaşım Maqomedov (58 kq) təmsil edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: