Bakıda keçiriləcək güləş üzrə dünya kuboku yarışının medalları hazırlanıb

A- A A+

Noyabrın 5-6-da Azərbaycanda ilk dəfə yunan-Roma güləşi üzrə dünya kuboku yarışı keçiriləcək. Bakı İdman Sarayında təşkil olunacaq yarış üçün sifariş edilmiş medallar hazırdır.

Azərbaycan Güləş Federasiyasından NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, qızıl, gümüş və bürünc medalların ön tərəfində yarışın loqosu, loqonun fonunda Bakının rəmzlərindən sayılan Qız qalası əks olunub. Medalın digər üzündə isə Dünya Güləş Birliyinin (UWW) loqosu öz əksini tapıb. Medalların yaşıl rəngli lenti də dünya kubokuna özəl olaraq işlənilib.

Xatırladaq ki, dünya kuboku yarışında altı komanda A (Türkiyə, İran, Qırğızıstan) və B (Azərbaycan, Serbiya, Dünya yığması) qrupunda yer alıb. Qrupların ikinciləri bürünc medal uğrunda mübarizə aparacaqlar. Qrupların qalibləri isə finalda kubok və qızıl medal uğrunda güləşəcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: