Beynəlxalq Şahmat Federasiyasının prezidenti azərbaycanlı dünya çempionlarını təbrik edib

A- A A+

İtaliyada 20 yaşadək şahmatçılar arasında dünya çempionatının bağlanış mərasimi keçirilib. Mötəbər yarışın qalibi olan Azərbaycan şahmatçıları Gövhər Beydullayeva və Abdulla Qədimbəyliyə qızıl medal və kubok təqdim olunub.

NUHÇIXAN İnformasiya Agentliyi Azərbaycan Şahmat Federasiyasına istinadla xəbər verir ki, dünya çempionlarının şərəfinə Azərbaycan Dövlət Himni səsləndirilib.

Bağlanış mərasimindən sonra Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç azərbaycanlı dünya çempionlarını tarixi qələbə münasibətilə təbrik edib, onlara növbəti yarışlarda uğurlar arzulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: