Kikboksinq üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən yarışda 2 yaş qrupunda (2010-2011 və 2012-2013-cü il təvəllüdlülər) 10 çəki dərəcəsi üzrə 95 idmançı mübarizə aparıb.
Ən güclü idmançıların aşkara çıxarılması, klubların işinin təkmilləşdirilməsi və kikboksinqin təbliği məqsədilə keçirilən yarışın nəticələrinə əsasən 2010-2011-ci il təvəllüdlü idmançılar arasında Cəsur Mahmudov, Uğur Məmmədli, Əli Nəsrullayev, Miryusif Seyidli, Əbülfəz Cəfərov, 2012-2013-cü il təvəllüdlülər arasında isə Məhəmməd Qasımov, Uğur Nurməmmədli, Şahin Kazımov, Ayxan Xəlilli və Yaqub Hacıyev öz çəki dərəcələri üzrə birinci olublar.
Kikboksinq Federasiyası ilə Naxçıvan şəhər Gənclər və İdman İdarəsi tərəfindən birgə təşkil olunan yarışda ilk üç yeri tutan idmançılar diplom və medallarla təltif ediliblər.