“Barselona”nın futbolçusu Usman Dembele klubun tarixinə düşüb

A- A A+

İspaniyanın “Barselona” komandasının futbolçusu Usman Dembele klubun tarixinə düşüb.

NUHÇIXAN İnformasiya Agentliyi Kataloniya təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, fransalı hücumçu La Liqanın 11-ci turunda “Atletik”i 4:0 hesabı ilə məğlub etdikləri maçda yubiley qoluna imza atıb.

Oyunun 12-ci dəqiqəsində hesabı açan forvard “Barselona”nın çempionatdakı 4000-ci qolunu vurub.

Qeyd edək ki, futbolçu 2017-ci ildən “Barselona”da çıxış edir. O, bu mövsüm La Liqada 11 oyuna 3 qol vurub, 5 məhsuldar ötürmə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: