Azərbaycan növbəti dəfə cüdo üzrə “Böyük dəbilqə” turnirinə ev sahibliyi edəcək

A- A A+

Beynəlxalq Cüdo Federasiyasının rəsmi təqviminə əsasən Azərbaycan növbəti dəfə cüdo üzrə “Böyük dəbilqə” turnirinə ev sahibliyi edəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yarış noyabrın 4-6-da Bakıda Heydər Əliyev adına İdman Sarayında keçiriləcək.

İlkin görüşlər hər gün yerli vaxtla saat 10:00-da, final görüşləri isə saat 17:00-da baş tutacaq.

Qeyd edək ki, arenaya giriş sərbəstdir və yarış keçirilən zaman metronun “Nizami” stansiyasından azarkeşlər üçün ödənişsiz avtobuslar fəaliyyət göstərəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: