Əsgərlərimizlə görüş var!

A- A A+

NUHÇIXAN xəbər verir ki, oktyabrın 17-də  saat 09:30-da Daxili Qoşunların "Naxçıvan" Əlahiddə Əməliyyat Briqadasında əsgərlərlə görüş təşkil olunacaq.  Əsgərlərimizlə  görüşüb, onların silah, sursat və texnikaları ilə, məişət şəraitləri ilə yaxından tanış olmaq istəyənlər  qeydiyyatdan keçə bilərlər. Tədbirin sonunda konsert proqramı və əsgərlərimizlə birgə nahar süfrəsi təşkil olunacaq.

Görüş Naxçıvan MR Gənclər və İdman Nazirliyinin, YAP Naxçıvan MR Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilir.

Qeyd: Layihədə qeydiyyatdan keçmiş ilk 30 nəfər iştirak edə biləcək. Bunun üçün aşağıda verilmiş linkdən istifadə etmək lazımdır.

https://docs.google.com/forms/d/1VNyKDZbRmcF04UogFMRiCxMGqTwfmYjE-vIjKunGtUU/viewform?edit_requested=true

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: