Antuan Kombuare: Qrupda ikinci yeri tutmaq istəyiriksə, mütləq “Qarabağ”a qalib gəlməliyik

A- A A+

Qrupda ikinci yeri tutmaq istəyiriksə, mütləq “Qarabağ”a qalib gəlməliyik.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində Ağdamın “Qarabağ” klubunu qəbul edəcək Fransanın “Nant” komandasının baş məşqçisi Antuan Kombuare oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Baş məşqçi bildirib ki, heyətdə bütün zədəli futbolçular sıraya qayıdıblar. “Nitsa”ya qarşı çempionat matçındakı əhvali-ruhiyyəni və oyun keyfiyyətini çox yüksək qiymətləndirirəm. Futbolçuların həmin görüşə yanaşmasını bəyəndim. Bu, hələ başlanğıcdır. Davamını növbəti oyunlarda gətirməliyik.

Qeyd edək ki, oktyabrın 27-də keçiriləcək “Nant” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: