Azərbaycan millisi Millətlər Liqasının oyunu üçün Farer adalarına yollanıb

A- A A+

Futbol üzrə Azərbaycan milli komandası Farer adaları ilə keçirəcəyi UEFA Millətlər Liqasının III tur oyunu üçün səfərə çıxıb.

NUHÇIXAN xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanından Danimarkanın paytaxtı Kopenhagenə gedib. Komanda oradan Farer adalarının paytaxtı Torshavana uçacaq.

Təyyarədə milli komanda ilə yanaşı, AFFA-nın I vitse-prezidenti Rauf Əliyev, İcraiyyə Komitəsinin üzvləri Vaqif Sadıqovla İsgəndər Sadıqov yer alıblar.

Qeyd edək ki, oktyabrın 11-də “Torsvollur” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: