Şahmatçımız Vüqar Rəsulov “Skopje” açıq turnirində uğurlu çıxışını davam etdirir

A- A A+

Şimali Makedoniyada keçirilən “Skopje” açıq turnirində Azərbaycan şahmatçısı Vüqar Rəsulov növbəti qələbəsini qazanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təmsilçimiz səkkizinci turda Nikola Djukicə (Montenegro) qalib gələrək aktivinə daha bir xal əlavə edib. Beləliklə, yeddi xal toplayan şahmatçımız turnir cədvəlində birinci yerə yüksəlib. V.Rəsulov növbəti turda serbiyalı Drazic Sinisaillə üz-üzə gələcək.

Qeyd edək ki, İsveçrə sistemi üzrə təşkil edilən turnir 9 turdan ibarətdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: