"Araz-Naxçıvan" futzal klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, komandamız beşinci qrupdakı ikinci görüşündə Serbiyanın “Loznika Qrad” klubu ilə üz-üzə gəlib. Bosniya və Herseqovinanın Mostar şəhərindəki “Mithad Hujdur Hujka Arena”da oynanılan görüş rəqibin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra komandamız növbəti mərhələyə yüksəlmək şansını itirib.
Naxçıvan təmsilçisinin heyətində Vitao fərqlənib.
“Araz-Naxçıvan" ilk matçda İsveçin “Orebro” komandasına 2:5 hesabı ilə uduzub. “Araz-Naxçıvan” turnirdə son görüşünü oktyabrın 29-da Bosniya və Herseqovinanın “Mostar” komandasına qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.