"Beşiktaş" yeni baş məşqçisini açıqlayıb

A- A A+

Türkiyənin "Beşiktaş" klubunun yeni baş məşqçisi bəlli olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, İstanbul təmsilçisi bu barədə rəsmi tviter hesabından paylaşım edib.

Komanda Şenol Güneşə tapşırılıb. Paylaşımda "yeni zəfərlər üçün, yenə, yeni, yenidən evinə xoş gəldin, Şenol Güneş" yazılıb. O, bu postda Valeryen İsmaeli əvəzləyib.

Qeyd edək ki, Şenol Güneş 2015-2019-cu illərdə də "Beşiktaş"a rəhbərlik edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: