UEFA Çempionlar Liqası: “Araz-Naxçıvan” klubu bu gün Bosniya və Herseqovinanın “Mostar” komandası ilə qarşılaşacaq
UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində “Araz-Naxçıvan” futzal klubu bu gün 5-ci qrupda sonuncu oyununu keçirəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təmsilçimiz Bosniya və Herseqovinanın “Mostar” komandası ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Mostar şəhərində “Mithad Hujdur Hujka Arena”da Bakı vaxtı ilə saat 22:00-da başlayacaq matçı hakimlər Jan Kresta (Çexiya), Lukaş Peşko (Slovakiya) və Josip Dujmiç (Xorvatiya) idarə edəcəklər.
Naxçıvan təmsilçisi daha əvvəl İsveçin “Orebro” (2:5) və “Serbiyanın “Lozniça Qrad” (4:1) komandalarına məğlub olub. Komandamız növbəti mərhələyə yüksəlmək şansını itirib.