UEFA Avropa Liqası: “Renn”in hücumçusu Amin Quiri həftənin futbolçusu seçilib

A- A A+

UEFA Avropa Liqasında qrup mərhələsinin beşinci turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, azarkeşlərin səsverməsinə əsasən, bu ada Fransanın “Renn” klubunun hücumçusu Amin Quiri layiq görülüb.

İyirmi iki yaşlı forvard Türkiyədə “Fənərbağça” ilə 3:3 hesablı heç-heçə etdikləri görüşdə 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Əlcəzair əsilli fransalı forvard “Real Sosyedad”dan (İspaniya) Robert Navarro, PSV-dən (Niderland) Lyuk De Yonq və AEK-dən (Kipr, Larnaka) Omri Altmanı qabaqlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: