Karateçilərimiz dünya çempionatında 1 qızıl, 2 bürünc medal qazanıblar - FOTOLAR

A- A A+

Türkiyənin Konya şəhərində yeniyetmə və gənclər arasında dünya çempionatında karateçilərimiz uğurla çıxış edərək 1 qızıl, 2 bürünc medal qazanıblar.

Yeniyetmə və gənclərdən ibarət yığma komandanın baş məşqçisi Anar Allahverdiyev NUHÇIXAN İnformasiya Agentliyinə bildirib ki, gənclərin yarışında (16-17 yaş) Fərid Savadov (55 kiloqram) qızıl, Rəşid Süleymanov (68 kiloqram) və yeniyetmələrdə (14-15 yaş) İsmayıl Xamoyev (52 kiloqram) bürünc medal qazanıblar.

Oktyabrın 30-da 18-20 yaşlı gənclər arasında Əminağa Quliyev (60 kiloqram) qızıl, Nuran Rzazadə (67 kiloqram), Hüseyn Hüseynzadə (84 kiloqram) və Osman Osmanlı (+84 kiloqram) üçüncü yerlər uğrunda qarşılaşmalarda iştirak edəcəklər.

Qeyd edək ki, 105 ölkədən 1861 idmançının qatıldığı turnirdə Azərbaycan 28 idmançı ilə təmsil olunur.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: