Azərbaycanın daha bir şahmatçısı qrosmeyster normasını yerinə yetirib. Qaydalara görə 20 yaşlıların dünya çempionatında qalib olan şahmatçı, eyni zamanda beynəlxalq qrosmeyster tituluna sahib çıxır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, İtaliyada gənclərin dünya çempionatında qızıl medal qazanan Abdulla Qədimbəyli isə 9-cu turda 3-cü qrosmeyster normasını yerinə yetirib. Bununla A.Qədimbəyli Azərbaycan şahmat tarixində 29-cu qrosmeyster olub.
Beynəlxalq Şahmat Federasiyasının yaxın aylarda bu barədə təsdiq məktubu ünvanlayacağı gözlənilir.