Azərbaycan Gimnastika Federasiyasının üzvləri və məşqçi-müəllimləri Naxçıvanda olublar - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Azərbaycan Gimnastika Federasiyasının bədii gimnastika üzrə yığma komandasının üzvləri və məşqçi-müəllimləri Naxçıvanda olublar.

Naxçıvan Atletika Federasiyasının Naxçıvan şəhərində və Şərur rayonunda fəaliyyət göstərən bədii gimnastika bölmələrində olan qonaqların diqqətinə çatdırılıb ki, muxtar respublikada gimnastika artıq sevilən və inkişaf edən idman növlərindən birinə çevrilib.

Yığma komandanın üzvləri balaca gimnastlara imzalı kartlarını təqdim ediblər.

Sonra gimnastların nümunəvi çıxışları olub. Qonaqlar gənc idmançılara müxtəlif gimnastika avadanlıqları və digər hədiyyələr təqdim ediblər.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyasının bədii gimnastika üzrə yığma komandasının üzvləri və məşqçi-müəllimləri səfər çərçivəsində muxtar respublikanın bir sıra gəzməli, görməli yerləri ilə də tanış olublar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: