Daha bir cüdo hakimimiz A kateqoriyasına yüksəlib

A- A A+

Cüdo üzrə hakimlər komitəsinin üzvü Arzu Acalova A kateqoriyasına yüksəlib.

Azərbaycan Cüdo Federasiyasından NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, referi Arzu Acalova buna Avstraliyanın Pert şəhərində Beynəlxalq Cüdo Federasiyasının imtahanında nail olub. A.Acalova oktyabrın 27-dən 29-dək böyüklər arasında keçirilən Açıq Okeaniya turnirinin görüşlərini idarə edib. Beləliklə, həmyerlimiz həm nəzəri, həm də praktiki imtahanı yaxşı nəticə ilə başa vurub.

Qeyd edək ki, cari ildə ACF-in hakimlər üzrə meneceri Mətin Rəhimli və hakimlər heyətinin üzvü Nazim Umbayev A kateqoriyasına yüksəliblər, Bəhriyyə Hüseynova və Elşad Əsədov isə B kateqoriyalı hakim statusu qazanıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: