UEFA Çempionlar Liqası: "Atletiko Madrid” klubu avrokuboklarla vidalaşıb

A- A A+

UEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu - VI tura start verilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, artıq B qrupunda mübarizəyə yekun vurulub.

Portuqaliyada İspaniyanın "Atletiko Madrid” komandasına 2:1 hesabı ilə qalib gələn "Portu" 1/8 finala qrup lideri kimi adlayıb. Madrid təmsilçisi sonuncu yeri tutaraq avrokuboklarla vidalaşıb.

Almaniyada “Bayer Leverkuzen”lə qolsuz heç-heçə edən Belçika "Brügge"si pley-offa ikinci yerin sahibi kimi yüksəlib. Qrup 3-cüsü olan “Bayer Leverkuzen” isə mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək.

Çempionlar Liqası

Qrup mərhələsi, VI tur

1 noyabr

B qrupu

21:45. "Portu" (Portuqaliya) - "Atletiko" (Madrid, İspaniya) - 2:1

Qollar: Mehdi Taremi, 5. Stiven Euştakiu, 24 - İvan Markano, 90+5 (avtoqol)

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: