Futbol üzrə Azərbaycan I Divizionunun X turunda “Araz-Naxçıvan” bu gün Naxçıvanda MOİK-i qəbul edəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, saat 16:00-da başlayacaq qarşılaşma Naxçıvan Muxtar Respublika Stadionunda oynanılacaq. Oyunun baş hakimi Elvin Bayramovdur.
Xatırladaq ki, “Araz-Naxçıvan” cari çempionatda indiyədək məğlub olmayıb. Belə ki, “qırmızı-ağlar” keçirilən oyunlardan 7 qələbə, 1 bərabərliklə ayrılaraq 22 xalla turnir cədvəlinin lideridir.
MOİK isə keçirdiyi 9 oyundan 3 qələbə, 2 heç-heçə, 4 məğlubiyyətlə ayrılıb. Komanda 11 xalla 9-cu pillədə qərarlaşıb.