“Milan”ın futbolçusu Olivye Jiru Çempionlar Liqasında yeni rekorda imza atıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, o, buna qrup mərhələsinin 6-cı turunda "Zalsburq"la matçda (4:0) dubl etməklə və 2 qolun ötürməsini verməklə nail olub. Jiru bu cür statistikaların toplanmağa başlandığı 2003/2004-cü il mövsümündən sonra Çempionlar Liqasında 3 və daha çox qolun vurulmasında iştirak edən ən yaşlı futbolçu olub. O, bu göstəriciyə 36 yaş 33 günlüyündə imza atıb.
Qeyd edək ki, Jiru 2021-ci ildən "Milan"da oynayır.