Futbolun inkişafı məqsədilə seminarlar davam etdirilir - FOTOLAR

A- A A+

Naxçıvan Futbol Federasiyasının təşkilatçılığı ilə Futbolun İnkişafı Fondunun icraçı direktoru Tural Piriyev Naxçıvanda seminar keçib. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, seminar futbolun inkişafı, klublara dayanıqlı maliyyə mənbələrinin yaradılması və dəstəyin artırılması mövzusuna həsr edilib.

Muxtar respublikada fəaliyyət göstərən futbol klublarının, idman idarələrinin və yerli klublara sponsorluq edən şirkətlərin nümayəndələrinin iştirak etdiyi seminarda Naxçıvan Futbol Federasiyasının sədr müavini Sakit Rzayev son illər Naxçıvanda futbolun inkişafı məqsədilə həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Qeyd edib ki, Futbolun İnkişafı Fondu ilə əməkdaşlıq muxtar respublikada bu idman növünün inkişafına yeni nəfəs gətirməklə güclü stimul yaradacaq.

Futbolun İnkişafı Fondunun icraçı direktoru Tural Piriyev təmsil etdiyi qurumun fəaliyyəti barədə iştirakçılara məlumat verib. Bildirib ki, fondun əsas fəaliyyət istiqaməti regionlarda futbol klublarının inkişafına dəstək vermək, klublara dayanıqlı maliyyə mənbələri tapmaqda kömək etmək, futbol irsinin yaradılmasına nail olmaq, cəmiyyətin futbola olan marağını və inkişaf prosesində onların dəstəyini artırmaqdır.

Seminarda Tural Piriyev görüləcək işlər, bu sahənin inkişafına təkan verəcək addımlar və dayanıqlı maliyyə mənbələrinin yaradılması yolları barədə iştirakçılara məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.

Xosrov İbrahimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: