Konfrans Liqası: “Qarabağ” “səpələnməmişlər”lərdən olacaq

A- A A+

Avropa Liqasında mübarizəni başa vurduqdan sonra yoluna Konfrans Liqasında davam edəcək “Qarabağ”ın qarşılaşa biləcəyi potensial rəqiblərin adlarına aydınlıq gəlib.

NUHÇIXAN İnformasiya Agentliyi UEFA-ya istinadən xəbər verir ki, Ağdam klubu Avroliqadan düşən digər 7 komanda ilə birlikdə Konfrans Liqasında öz qruplarında ikinci yeri tutmuş 8 komandadan biri ilə mübarizə aparacaq.

Püşkatma öncəsi artıq səbətlər müəyyənləşib. Konfrans Liqasında yoluna davam edənlər “səpələnmişlər”, aralarında “Qarabağ”ın da olduğu Avroliqadan gələnlər isə “səpələnməmişlər” səbətində yer alacaqlar.

Səbətlərin tam tərkibi aşağıdakı kimidir.

Səpələnmişlər:

“Anderlext” (Belçika)

“Bazel” (İsveçrə)

“CFR Kluj” (Rumıniya)

“Dnepr-1” (Ukrayna)

“Fiorentina” (İtaliya)

“Gent” (Belçika)

“Lex” (Polşa)

“Partizan” (Serbiya)

Səpələnməmişlər:

AEK (Larnaka, Kipr)

“Budo Qlimt” (Norveç)

“Braqa” (Portuqaliya)

“Latsio” (İtaliya)

“Ludoqorets” (Bolqarıstan)

Qarabağ” (Ağdam, Azərbaycan)

“Şerif” (Moldova)

“Trabzonspor” (Türkiyə)

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: