Bu gün Azərbaycan Premyer Liqasında XIII turun daha 2 oyunu keçiriləcək

A- A A+

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha 2 oyunu keçiriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, günün ilk matçında “Qəbələ” klubu “Zirə”ni qəbul edəcək. Hazırda paytaxt klubu 19 xalla dördüncü, “Qəbələ” isə 17 xalla 5-ci pillədə qərarlaşıb.

Günün digər oyununda “Neftçi” “Sumqayıt”ın qonağı olacaq. Bakı təmsilçisi 25 xalla üçüncü, “Sumqayıt” isə 4 xalla sonuncu - onuncudur.

Tura noyabrın 6-da keçiriləcək “Səbail” – “Sabah” və “Qarabağ” – “Kəpəz” matçları ilə yekun vurulacaq.

Ötən gün turun ilk oyununda “Turan Tovuz” komandası “Şamaxı”nı qəbul edib. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Turnir cədvəlinə 33 xalla “Qarabağ” başçılıq edir. “Sabah” isə 31 xalla ikinci pillədə qərarlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: