Azərbaycanın 39 şahmatçısı Avropa çempionatında iştirak edəcək

A- A A+

Noyabrın 6-da Türkiyənin Antalya şəhərində müxtəlif yaş qrupları arasında şahmat üzrə Avropa çempionatına start veriləcək.

Azərbaycan Şahmat Federasiyasından NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, ölkəni yarışda 39 idmançı təmsil edəcək.

Qitə çempionatında 8,10,12,14,16 və 18 yaş kateqoriyalarında oğlanlar və qızlar arasında Avropanın ən güclüləri bəlli olacaq.

Qeyd edək ki, turnirə noyabrın 15-də yekun vurulacaq. Ümumilikdə yarışda 46 ölkədən 1000-ə yaxın şahmatçı mübarizə aparacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: