UEFA Avropa Liqasının qrup mərhələsində altıncı turun oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı bəlli olub. On altı matçda ümumilikdə 370 mindən çox tamaşaçı iştirak edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Bakıda "Qarabağ" və Almaniyanın "Frayburq" komandaları arasında keçirilmiş G qrupunun qarşılaşması 6-cı sırada yer alıb. Matçı 30 min 430 azarkeş izləyib.
Ən çox fanat isə "Roma" (İtaliya) - "Ludoqorets" (Bolqarıstan) oyununda qeydə alınıb. İtaliyadakı matçda 60 min 807 azarkeş olub.
Xatırladaq ki, "Qarabağ" qrupdakı sonuncu qarşılaşmada rəqibi ilə 1:1 hesablı heç-heçə edərək Avropa Liqası ilə vidalaşıb. Ağdam klubu Konfrans Liqasının pley-off mərhələsində mübarizə aparacaq.