"Çelsi"nin müdafiəçisinin dünya çempionatını buraxacağı dəqiqləşib

A- A A+

İngiltərə millisinin və "Çelsi"nin futbolçusu Bencamin Çilvelin bu il Qətərdə keçiriləcək dünya çempionatını buraxacağı rəsmiləşib.

NUHÇIXAN İnformasiya Agentliyi klubun saytına istinadən xəbər verir ki, Londonda Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasına 2:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI tur oyununda dizindən xəsarət alan 26 yaşlı müdafiəçinin zədəsi ciddidir.

Bu səbəbdən təcrübəli oyunçu cari ili vaxtından əvvəl başa vurmalı olub.

Qeyd edək ki, dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. İngiltərə millisi ABŞ, İran və Uelslə birlikdə B qrupunda mübarizə aparacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: