Rusiyada keçirilən güləş üzrə Avropa çempionatının beşinci yarış günündə 57, 65, 70, 79 və 97 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulublar.
NUHÇIXAN xəbər verir ki, Naxçıvanlı güləşçi Hacı Əliyev (65 kq) avstriyalı, türkiyəli və sloveniyalı rəqiblərini məğlub edərək finala yüksəlib. Üçqat dünya çempionumuz bu mərhələdə Rusiya idmançısı İlyas Bekbulatovla qarşılaşıb. Gərgin keçən görüş Azərbaycan güləşçisinin qələbəsi ilə başa çatıb və Hacı Əliyev növbəti dəfə Avropa çempionu tituluna yiyələnib.