YAP-ın 30 illiyi münasibətilə futzal birinciliyi keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə futzal üzrə muxtar respublika birinciliyi keçirilib.

YAP Naxçıvan Muxtar Respublika Təşkilatı Aparatının şöbə müdiri Rail Tağızadə və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyinin sədri Arzu Qasımov partiyanın keçdiyi inkişaf yoluna qısaca nəzər salıb, komandalara uğurlar arzulayıblar.

Naxçıvan şəhər İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən birincilikdə şəhər və rayonları təmsil edən partiya üzvlərindən ibarət 8 komanda mübarizə aparıb.

Rəqiblərindən daha üstün oyun nümayiş etdirən Naxçıvan şəhər və Culfa rayon komandaları həlledici final matçında qarşılaşıblar. Naxçıvan şəhər komandası 9:2 hesablı qələbə ilə birinciliyin qalibi olub. Culfa və Kəngərli rayon təmsilçiləri müvafiq olaraq ikinci, üçüncü sıralarda qərarlaşıblar. 

İlk üçlükdə qərarlaşan komandalara kubok, diplom və hədiyyələr verilib.

Mükafatları YAP Naxçıvan Muxtar Respublika Təşkilatı Sədrinin müavini, aparatın rəhbəri Anar İbrahimov, gənclər və idman naziri Ramil Hacı, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev və Gənclər Birliyinin sədri Arzu Qasımov təqdim ediblər.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: