"Araz-Naxçıvan" çempionatda ilk məğlubiyyətini alıb

A- A A+

Futbol üzrə Azərbaycan I Divizionunun XI turu çərçivəsində “Araz-Naxçıvan” bu gün "Mingəçevir"in qonağı olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Mingəçevir Şəhər Stadionunda keçirilən oyunda 36-cı dəqiqədə hesab açılıb. Ev sahibin heyətində Roman Hüseynov fərqlənib. İlk hissə bu hesabla yekunlaşıb.

Oyunun ikinci 45 dəqiqəsində hücuma atılan Naxçıvan təmsilçisi bir neçə dəfə qol epizodu yaratsa da, tablodakı rəqəmi dəyişə bilməyib. Beləliklə, oyun "Mingəçevir"in 1-0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, “Araz-Naxçıvan” 2 ardıcıl heç-heçənin ardınca sonuncu turda məğlubiyyətlə qarşılaşaraq keçirdiyi 10 oyundan sonra 23 xalla turnir cədvəlinin lideridir. Komandanın ən yaxın izləyicisi "Neftçi-2" komandası isə 9 oyuna 22 xalla 2-ci pillədə qərarlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: