Qadın voleybolçularımız dünya çempionatının ikinci mərhələsində son oyununu Bolqarıstan yığmasına qarşı keçirib

A- A A+

Oktyabrın 11-də qadın voleybolçulardan ibarət Azərbaycan millisi Yaponiyada voleybol üzrə dünya çempionatının ikinci mərhələsində son oyununu Bolqarıstan yığmasına qarşı keçirib.

NUHÇIXAN xəbər verir ki, Bolqarıstan yığması ilə qarşılaşma Bakı vaxtı ilə saat 5:40-da başlayıb. Gərgin idman mübarizəsi şəraitində davam edən birinci setdə bolqarıstanlı voleybolçular 26:19 hesabı ilə qalib gəliblər.

Oyunun ikinci seti də bolqar idmançıların üstünlüyü şəraitində keçib və 25:20 hesabı ilə onların xeyrinə qurtarıb.

Xatırladaq ki, bu gün Türkiyə yığması Tailand, İtaliya komandası ABŞ, Çin millisi isə Rusiya voleybolçular ilə qarşılaşacaq.

Qaydalara görə, ikinci mərhələdə qruplarda I-III yerləri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanacaqlar.

Xatırladaq ki, bugünkü oyunlara qədər F qrupunda İtaliya millisi 24 xalla birinci, ABŞ yığması 21 xalla ikinci, Çin komandası 19 xalla üçüncü, Rusiya millisi 18 xalla dördüncü, Türkiyə komandası 12 xalla beşinci, Tailand yığması 11 xalla altıncı, Bolqarıstan 8 xalla yeddinci və Azərbaycan komandası 6 xalla səkkizinci yeri tutur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: