“Zəfər günü” münasibətilə Haçadağa yürüş təşkil edilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman növləri Federasiyasının bir qrup idmançısı Haçadağa yürüş edib.
“Zəfər günü” münasibətilə həyata keçirilən yürüşdə 14 nəfər federasiya üzvü iştirak edib. Yürüş iştirakçıları məlumatlandırıldıqdan sonra hazırlıqlarını tamamlayıb, Culfa rayonunun Gal kəndindən hündürlüyü 2415 metr olan Haçadağa yürüşə başlayıblar. 6 saatlıq yürüşün ardından Haçadağın zirvəsinə qalxan gənclər şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.
Dövlət himni səsləndirilib.
Qeyd edək ki, federasiyanın üç üzvü isə “Zəfər günü” münasibətilə türkiyəli idmançılarla bigə Qars şəhəri yaxınlığındakı Allahu Əkbər dağının 3150 metrlik zirvəsinə dırmanıblar.
Rəmzi Tahirli