Champions Chess Tour: Şəhriyar Məmmədyarov final mərhələsində mübarizəyə başlayır

A- A A+

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün "Meltwater Champions Chess Tour" seriyasının doqquzuncu - sonuncu mərhələsində mübarizəyə başlayacaq.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, 37 yaşlı qrossmeyster final raundunun I turunda hindistanlı Rameşbabu Praqqnanandha ilə üz-üzə gələcək.

Tərəflər 4 qarşılaşmada münasibətlərə aydınlıq gətirəcəklər.

Qeyd edək ki, turnir noyabrın 20-də başa çatacaq. Yarışın mükafat fondu 210 000 ABŞ dollarıdır.Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid”də ikinci yeri tutub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: