Avropa çempionatı: Şahmatçılarımız sonuncu turda mübarizə aparırlar

A- A A+

Antalyada müxtəlif yaş qrupları arasında şahmat üzrə keçirilən Avropa çempionatında bu gün 9-cu – sonuncu turun oyunları keçirilir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ötən turların nəticəsinə görə şahmatçılarımız arasında ən yaxşı nəticəni 12 yaşlı oğlanların mübarizəsində Əhməd Xaqan qazanıb. Təmsilçimiz 6,5 xalla liderlər qrupunda çıxışını davam etdirir.

On yaşlı qızlar arasında isə Leyla Mirzəyeva 6,5 xalla 3-cü yerdədir.

Qeyd edək ki, ümumilikdə yarışda 46 ölkədən 1000-ə yaxın şahmatçı mübarizə aparır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: