Stolüstü tennis birinciliyinin qalibləri müəyyənləşib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 10-17 noyabr – Beynəlxalq Tələbə Gənclər Həftəsi çərçivəsində tələbələr arasında stolüstü tennis üzrə muxtar respublika birinciliyi keçirilib.

Yarışda ali və orta ixtisas təhsil müəssisələrinin yerli və əcnəbi tələbələri olmaqla, ümumilikdə 36 nəfər iştirak edib. Qaliblər olimpiya sisteminə əsasən müəyyən edilib.

Şəxsi birincilik xarakteri daşıyan yarışda qızlar arasında Gültəkin Süleymanova birinci, Lalə Musayeva ikinci, Duyğu Hüseynova isə üçüncü yeri tutublar. Oğlanların mübarizəsində isə Elyas Zabihi Qarqari birinci, Okan Eren Gültac ikinci, Səbuhi Ələkbərov isə üçüncü yerin qalibi olub.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının birgə təşkilatçılığı ilə Tələbə-Gənclər Həftəsi çərçivəsində nəzərdə tutulan müxtəlif idman birincilikləri, intellektual yarışlar, film nümayişləri və ekskursiyalar davam edir. Tədbirlər noyabrın 17-də keçiriləcək mükafatlandırma mərasimi ilə yekunlaşacaq.

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: