Şahmatçılarımız Avropa çempionatında gümüş və bürünc medal qazanıblar

A- A A+

Antalyada müxtəlif yaş qrupları arasında keçirilən Avropa çempionatında Azərbaycan şahmatçıları Əhməd Xaqan gümüş, Leyla Mirzəyeva isə bürünc medal qazanıblar.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ə.Xaqan 12 yaşlı oğlanların yarışında 7 xal toplayaraq ikinci yeri tutub. Leyla Mirzəyeva isə eyni xalla 10 yaşlı qızlar arasında üçüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, ümumilikdə yarışda 46 ölkədən 1000-ə yaxın şahmatçı mübarizə aparıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: